Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsinin olduğunu görə bilərik.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri postuna mülki şəxsi (iqtisadçı alim Andrey Belousovu) təyin etməsi və bu NATO təcrübəsinin Azərbaycanda da mümkün tətbiqi haqda danışarkən deyib.
Ekspert Türkiyənin ordu modelinə keçən Azərbaycanda da tədricən belə islahatların keçirilməsini mümkün olduğunu bildirib:
“Müdafiə naziri vəzifəsinə mülki şəxsin təyin olunması silahlı qüvvələri təminat, təchizat, tender, satınalmalar kimi böyük vəsaitlərin dövr etdiyi proseslərdən kənarda saxlamaq məqsədi daşıyır. Nazir birbaşa ordunun təchizatı, maliyyələşməsi və s. məsələlər ilə məşğul olur. Belə addımlar Türkiyə də atılıb. Əgər biz də Türkiyə ordu modelinə keçiriksə, gələcəkdə zərurət yarandığı halda analoji addımlar Azərbaycanda da atıla bilər. Amma bu, yalnız Ali Baş Komandan İlham Əliyevin səlahiyyətlərinə daxildir. Sözügedən proses müvafiq qanunvericilik aktlarında dəyişiklikləri zəruri edir. Bununla Baş Qərargahın daha çox döyüş tapşırıqları ilə məşğul olmasına şərait yaratmaq və silahlı qüvvələrin üzərinə düşən iqtisadi yükü kifayət qədər azaltmaq mümkündür”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video