Belçika mayın 10-11-də Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə krallığın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq üzrə Federal Dövlət Xidmətinin bəyanatında bildirilib.
“Belçika mayın 10-11-də Ermənistan və Azərbaycan arasında danışıqların yeni raundunu, 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsinə dair son razılaşma, habelə sülh sazişi üçün müzakirələri davam etdirmək səylərini alqışlayır”, – xarici siyasət idarəsi qeyd edib.
Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video