Xarkov istiqamətində şiddətli döyüşlər gedir. Bəzi kəndlər əslində müharibə zonasına çevrilib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında bildirib.
Xarkov vilayətinin regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov isə sosial şəbəkə hesabında bildirib ki, mülki əhalinin Volçanskdan təxliyəsi davam etdiriləcək - bu gün 1600-ə yaxın yerli sakinin təxliyəsi planlaşdırılır:
“Vəziyyət olduqca mürəkkəbdir, lakin buna ordumuz nəzarət edir. Volçanskda 200-300 nəfər qalıb. Biz daha təhlükəsiz yerlərə təxliyə ilə bağlı insanlarla əlaqə saxlamağa davam edirik”.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya bütün cəbhə xətti boyunca zərbələri davam etdirir:
"Xarkov istiqamətində rus qoşunları hücum əməliyyatlarını dayandırmır".
Qeyd olunub ki, rus ordusu Lukyantsi kəndi ərazisində qismən uğur əldə edib, lakin irəliləyiş dayandırılıb.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video