Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
İcraiyyə Komitəsinin üzvü bildirib ki, müzakirə edilən fikirlərin hamısını həyata keçirmək heç də asan deyil:
"Müəyyən detallar var idi ki, hər birimiz bu barədə fikirlərimizi bölüşdük. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Futbolumuzun inkişafı üçün planlar var. Premyer Liqada bəzi klublarımızın büdcə ilə bağlı problemləri var. Gələcək illərdə həmin komandaların infrastrukturlarının yaxşılaşdırılması nəzərə alındı. Komanda sayında isə hələ ki, dəyişiklik olmayacaq".
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video