Gəncə şəhəri, Abbas Səhhət küçəsindəki “Xan arxı” adlanan suvarma kanalı zibilliyə çevrilib.
BUTA.TV xəbr verir ki, bu barədə “Eco front” Feysbuk səhifəsində məlumat verilib.
Bildirilib ki, kanal tamamilə plastik qablarla doldurulub.
Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat katibi Gülnar Rzayeva məsələ ilə saytımıza açıqlamasında kanalın zibilliyə çevrilməsinə havaların yağışlı keçməsinin səbəb olduğunu deyib:
“Son günlər Qərb bölgəsində havaların yağışlı keçməsi səbəbindən “Xan arxı”nda suyun səviyyəsi artıb. Bunun nəticəsində daha yuxarı ərazilərdə sakinlər tərəfindən arxa atılan plastik butulka və digər tullantılar axın vasitəsilə arxın daraldığı hissədə (Gəncə şəhəri, A.Səhhət küçəsində) toplanıb. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi məsələdən xəbərdar olduğunu bildirib və ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi təmin olunacaq”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video