Tavuş vilayətində demarkasiya davam edir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vahe Qalumyan jurnalistlərə açıqlamasında deyib.
Deputat prosesin qısa müddətliyinə dondurulduğunu bildirib:
“Biz həmin ərazidə yaşayan sakinlərin mənzil sertifikatlarının yoxlanılmasını həyata keçirdik. Bunun üçün proses müvəqqəti olaraq dondurulmuşdu, lakin hazırda davam edir. Yaşayış yerləri ilə bağlı sənədlərə baxılırdı.
Tavuşun Kirants kəndində küçələrin, yolların bağlanması haqqında yayılan məlumatlar doğru deyil. Hazırda demarkasiya işlərinin dəqiq hansı xəritələr üzrə həyata keçirildiyini bilmirəm, amma razılaşdırılmış dəqiq xəritə var”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video