ABŞ-ın Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, o, bu mərhələdə insanın hiss və istəklərini itirməyə başladığını bildirib. "İnsan ilk növbədə aclıq, sonra isə susuzluq hissini itirir. Sonra toxunma, eşitmə və görmə hissləri yox olur", - o deyib.
Baş beyin travmalarının araşdırılması mərkəzinin mütəxəssisinin sözlərinə görə, insan orqanizmi ölüm ayağında olanda beyin bəzi hissələrini yaşamaq üçün lazımsız hesab etdiyinə görə, onları söndürür:
"İnsan ölümə yaxın beyninin bəzi hissələrində qıcıqlanma baş verir, bu, görmə orqanına təsir edir, ona görə də, bəzi insanlar ölüm anında işıq görməyə başlayırlar".
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video