Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov Bakının Nardaran ərazisində yerləşən yüksəkmərtəbəli binaların birində aldığı evinin təmirdən sonraki halını nümayiş etdirib.
BUTA.TV bildirir ki, iki otaqdan ibarət studio mənzil neoklassik üslubda dizayn edilib. Evin bir sıra mebel və əşyalarında Hüseynin adının baş hərflərinin inisialları həkk olunub. Dizaynerlər tərəfindən ərsəyə gətirilən mənzildə rahat və komfortlu yaşam üçün hər bir şərait yaradılıb. Diqqət çəkən məqamlardan biri isə yataq otağında hazırlanan ayrıca geniş və işıqlı qarderob otağıdır. Orada Həsənovun dəbdəbəli geyim və aksessuarlarını yerləşdirmək üçün nəzərdə tutulan rəflər də mövcüddur.
Mənzilə girər-girməz təmirə və dizayn işinə heyran qalan Hüseyn belə bir nəticə gözləmədiyini və dərhal buraya köçəcəyini vurğulayıb.
Həmin anları isə H.Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hüseynin Moskvanın "Moscow City"də yerləşən binalarda mənzilləri var.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video