ABŞ hələ də İsrailə dəqiq idarə olunan silahların təhvil verilməsini dayandırmayıb, lakin bu imkanı araşdırır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken CBS televiziyasına müsahibəsində deyib.
“Biz açıq şəkildə bildirdik ki, İsrail Qəzza zolağının cənubundakı Rəfahda hərbi əməliyyata başlasa, biz müəyyən sistemləri tədarük etməyəcəyik. Ancaq hazırda gecikdirdiyimiz yeganə şey yüksək dəqiqliyə malik olan bombalardır. Çünki biz İsraillə məsləhətləşmələri davam etdiririk. Belə ki, bu silahların sıx məskunlaşan ərazilərdə, o cümlədən Rəfahda istifadə oluna biləcəyi təsirləri nəzərə alırıq”, - o bildirib.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir