Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma sayına görə öz rekordunu yeniləyib.
BUTA.TV xəbər verir ki, bu barədə alpinistin “14 Peaks” dağ ekspedisiyasının təşkilatçı şirkətinin nümayəndəsi Taşi Lakpa bildirib.
Zirvənin fəth edilməsi faktını baza düşərgəsində işləyən alpinizm ekspedisiyalarını müşayiət edən operativ qərargah da təsdiqləyib.
54 yaşlı alpinist Kami Rita təxminən 30 nəfərdən ibarət alpinist komandanı müşayiət edib. Onlar mayın əvvəlində Everest yaxınlığında baza düşərgəsinə çatıblar və o vaxtdan dağa qalxmaq üçün uyğun vaxtı gözləyiblər.
Kami Rita ilk dəfə Everest zirvəsinə 1994-cü ildə, 24 yaşında olarkən çıxıb. Bu dəfə zirvəyə qalxmazdan əvvəl o, Everestə ekspedisiyaların sayı ilə bağlı konkret hədəfinin olmadığını bildirmişdi.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir