Vaşinqtonda keçiriləcək sammit iştirakçıları Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul etməyəcəklər.
BUTA.TV xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel bildirib.
"Buna baxmayaraq, daha çox ölkə ikitərəfli sazişlərlə Ukraynaya təhlükəsizlik zəmanəti verəcək. Deyək ki, bu, üzvlük yolunda addımdır. Bu gün heç kim Ukraynanın gələcəkdə NATO üzvü olmasını inkar etmir. Lakin biz ruslara başa salmalıyıq ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün birbaşa təhlükə yaratmır", - P.Pavel vurğulayıb.
Qeyd edək ki, iyulun 9-11-də NATO-nun Vaşinqtonda sammiti planlaşdırılır.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir