Rusiya şou-biznesində Navai təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin solisti Nəvai Bəkirov şirkətinin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, azərbaycanəsilli rep ifaçısının Scar Trading MMC şirkətinin 2 milyon rubldan (36,9 min manat) çox borcu var.
Məlumata görə, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Keçən il o, 617 min rubl (təxminən 11 min manat) zərər çəkib.
Mənbədən bildirilib ki, ifaçının şirkətindən ehtimal ki, dövlət rüsumlarının ödənilməməsinə görə 700 min rubl (12,9 min manat) tutulur. Bundan başqa onun şirkəti cərimələri ödəməyib.
Qeyd olunur ki, Scar Trading MMC tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ fəaliyyətlərlə məşğul olur.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir