Hücumçu Kilian Mbappe mövsümün sonunda "Real"a keçdikdən sonra bu klubun ən çox qazanan futbolçusu olacaq.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu Madrid klubunun cinah hücumçusu Vinisius Junior və yarımmüdafiəçi Cud Bellinqemdən daha çox qazanacaq. O, həmçinin "Real" tarixində imic hüquqlarının ən böyük faizini alacaq futbolçu olacaq.
Bildirilir ki, vergilər çıxılmaq şərti ilə Kilianın təmiz illik maaşı təqribə 25-30 milyon avro olacaq. Bəzi mənbələr məbləğin 40 milyona qədər yüksələcəyini bildirirlər.
Qeyd edək ki, Mbappe ötən gün rəsmən PSJ-dən ayrılacağını açıqlayıb. Onun parislilərlə müqaviləsi iyunun 30-da başa çatacaq. Lakin fransalı futbolçu karyerasını harada davam etdirəcəyini açıqlamayıb. Çox güman ki, yayda "Real"a keçəcək.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. O, meydana çıxdığı 306 oyunda və 255 qol vurub. Parislilərin heyətində 7 dəfə Fransa çempionluğu daxil olmaqla 15 kubok qazanıb.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir