Nyu York 359.500 milyonçu və 60 milyarderlə dünyanın ən zəngin şəhəridir.
BUTA.TV xəbər verir ki, CNBC nyu-yorkluların sərvətinin hazırda 3 trilyon dolları ötdüyünü və bunun Braziliya, İtaliya və ya Kanadanın ÜDM-ini üstələdiyini yazıb. San Fransisko və Körfəz bölgəsi ikinci yerdədir - milyonçuların sayı son on ildə 82% artaraq 305.700-ə çatıb. Bu ərazidə 68 milyarder yaşayır.
Ümumilikdə ABŞ dünyanın 50 ən varlı şəhərindən 11-nə sahiblik edir.
Tokio hazırda üçüncü yerdədir - milyonçuların sayı 298 300 nəfərdir.
Sinqapur (244.800 milyonçu ilə) dördüncü yerə yüksəlib.
Pekin ilk dəfə onluğa düşüb - 125.600 milyonçu ilə.
Dünyadakı ilk onluq belədir:
1. Nyu York
2. Körfəz rayonu, Kaliforniya
3. Tokio
4. Sinqapur
5. London
6. Los-Anceles
7. Paris və İle-de-Fransa
8. Sidney
9. Honq Konq
10. Pekin
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı