Rusiya qoşunları Xarkov vilayətində Ukraynaya qarşı əməliyyatları genişləndirməyə cəhd edib.
Axar.z xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
“Hərbçilərimiz, artilleriyamız, pilotsuz təyyarələrimiz işğalçıya cavab verir. Mövqelərimizi lazımi səviyyədə qoruyan hər bir əsgərə, hər bir çavuşa, hər bir zabitə minnətdaram”, - deyə o bildirib
Zelenskinin sözlərinə görə, Xarkov istiqamətinə əlavə qüvvələr cəlb olunacaq.
“Həm dövlət sərhədimiz boyunca, həm də bütün cəbhə xətti boyunca biz həmişə işğalçını elə məhv edəcəyik ki, Rusiyanın istənilən hücum niyyətini əngəlləyək”.
Qeyd edək ki, ABŞ rəsmisi də rus qoşunlarının Xarkova hücuma başladığını açıqlamışdı.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı