İrəvanda revanşistlərin keşiş Baqratın rəhbərliyi altında delimitasiyaya qarşı keçirdiyi aksiyaya gələn Ermənistanın sabiq baş naziri Qrant Baqratyan sensasion iddia ilə çıxış edib.
BUTA.TV xəbər verir ki, o, Tavuş vilayətində Azərbaycana 4 deyil, 6 kəndin qaytarıldığını erməni mediasına açıqlamasında deyib.
Baqratyan heç bir sübut gətirməyib, qaytarılan kəndlərin də adını çəkməyib. Yalnız onu deyib ki, hətta “mübarizə” uğurlu olsa belə (Paşinyanın istefasına nail olmaq – red.), orada nəyisə dəyişmək çətin olacaq, çünki artıq yerdə proses tamamlanıb.
O, həmçinin anklavlar məsələsinin qaldığını da açıqlayıb:
“Quql-Məpsə (Google Maps) yeni anklav əlavə olunur”.
Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndi geri qaytarılıb.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı