Mozambik ordusu bu gün səhər saatlarında ölkənin şimalındakı Makomiya şəhərinə kütləvi hücuma keçən üsyançılarla mübarizə aparır.
BUTA.TV xəbər verir ki, bu barədə Mozambik Prezidenti Filipe Nyusi televiziya ilə çıxışında bildirib.
Qeyd edək ki, şəhər 2017-ci ildə İŞİD ilə əlaqəli olan silahlıların qiyam qaldırdığı, qazla zəngin Kabo Delqadu əyalətində yerləşir.
Aktiv təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu ilin yanvarından gərginlik artmaqdadır.
Təhlükəsizlik xidmətlərindəki iki mənbə son hücumda, ehtimal ki, yüzlərlə yaraqlının iştirak etdiyini bildirib.
Bugünkü hücum son vaxtlar bölgədə silahlıların ən ciddi hücumu olub.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı