Abşeronda küçə itlərinin qadına hücum etməsi təhlükəsizlik kamerasına düşüb. Sürü halında gəzən küçə itləri səhər saatlarında qadına hücum çəkərək onu yaralayırlar.
Ayağından yaralanan qadın xəstəxanaya çatdırılıb. Hadisə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki parkda baş verib. Hadisə zamanı itlərin hücumuna məruz qalan qadın Xırdalan sakini Aytəkin Akçadır. “Xəzər Xəbər”ə danışan zərərçəkmiş, itlərin onun ayağından ət qopardığını bildirir. Onun sözlərinə görə, yaxınlıqda olan insanlar olmasaydılar, daha arzuolunmaz hadisə baş verə bilərdi.
Mövcud vəziyyətdən sakinlər də narazıdır. Bildirilib ki, sürü halında gəzən küçə itləri onların həyatı üçün təhlükədir.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı