Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili xarici agentlərlə bağlı qanuna görə istefa verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyus Georgia” (NewsGeorgia) məlumat yayıb.
“Qanun layihəsinin reinkarnasiyası (“Xarici təsirin şəffaflığı haqqında”) ilə əlaqədar dostlarımız və xarici tərəfdaşlarımızla münasibətlərdə yaranmış vəziyyət və əhval-ruhiyyə mənim Gürcüstanın Fransa Respublikasında və Monakoda fövqəladə və səlahiyyətli səfiri kimi missiyamı hədsiz dərəcədə çətinləşdirir. Müvafiq olaraq, mən indiki vəzifəmdə səlahiyyətlərimə vaxtından əvvəl xitam verilməsi xahişi ilə artıq birbaşa rəhbərlərimə müraciət etmişəm”, - diplomatın bəyanatında deyilir.
O, qərarının kiminsə xeyrinə və ya zərərinə siyasi demarş olmadığını vurğulayıb.
“Mən çox tərəddüddən sonra artıq öhdəsindən gələ bilməyəcəyimi düşündüyüm yükdən qurtulmaq istəyirəm”, - səfir bildirib.
Qeyd edək ki, Qərbin ciddi narazılıq və təzyiqlərinə baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentində ikinci oxunuşda qəbul edilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı