Antisemitizmin gücləndiyi dönəmdə Azərbaycanda yəhudi icmasının azadlıq və bərabərliyini müşahidə etmək sevindiricidir.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun sosial şəbəkədə yazıb.
“Azərbaycan azad və çiçəklənən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının yararlandığı azadlıq və bərabərliyi görmək ürəkaçandır”, - o qeyd edib.
Qeyd edək ki, mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı