Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracağını, bəzi daşınmaz əmlakların diplomatik statusunu ləğv edəcəyini və Rusiya ilə diplomatik vizaların müddətini məhdudlaşdıracağını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın Britaniya və Avropadakı mənfi fəaliyyətinə cavab addımıdır:
"Hərbi kəşfiyyatçı olan və statusunu açıqlamayan Rusiya hərbi attaşesini göndərəcəyik. Böyük Britaniyada Rusiya ilə əlaqəli bir sıra mülklərin, diplomatik binaların statusunu ləğv edəcəyik. Rusiya diplomatik vizalarına yeni məhdudiyyətlər qoyuruq, o cümlədən rus diplomatlarının Böyük Britaniyada qalma müddətini məhdudlaşdırırıq”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı