İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.
Bu barədə BUTA.TV-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş növbəti başçəkmə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilib.
MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Ələsgər Məmmədli, Ruslan İzzətli, Əvəz Zeynallı, Ülvi Həsənli, Sevinc Abbasova, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı, İmran Vəliyev və Teymur Kərimovla konfidensial qaydada görüşlər keçirilib, onların saxlanılma şəraiti və sağlamlıq vəziyyəti araşdırılıb, müraciətləri dinlənilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı