Makron ölkəmizdə populyar siyasətçi sayılmır və bu prinsipdir ki, mən niyə ondan danışım? Amma Fransa Prezidenti Avropa əsgərlərinin müharibədə iştirakı barədə fikirlərini açıq şəkildə söylədi və mən bunu dərhal, tamamilə rədd etdim. Çünki bu, üçüncü dünya müharibəsinin başlaması olardı.
BUTA.TV xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fiko Azərtac-a və AzTV-yə müsahibəsində deyib.
“Avropa Birliyində Azərbaycanla baş verənlərlə bağlı çox ölkənin obyektiv yanaşması lazımdır. Ukrayna ilə bağlı da dedim, ərazi bütövlüyü qorunmalıdır. Sizin də ərazi bütövlüyünüzün qorunması lazımdır. Bu, sizin torpaqlarınızdır. Əgər Avropa Birliyində 3-4 ölkə eyni mövqedən çıxış etsəydi, gərginlik bəlkə də bu səviyyədə olmazdı. Onlar ərazicə balaca ölkənin özünə güvənərək hərəkət etməsini sevmirlər. Bu cür ölkə olmağınızla fəxr etməlisiniz”, - baş nazir bildirib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı