Azərbaycan Türkləri Dostluq Dərnəkləri Federasiyasının sədri İsa Ambarçı federasiyaya bağlı Bayındır Yörük Türkmən Dərnəyinin sədri Həsən Güzelsunu, Axıska Azərbaycan Türk Dünyası Həmrəylik Dərnəyinin başqanı Hasan Axıskalı, İğdır Zəngəzur Türk Dünyası Həmrəylik Dərnəyinin idarə heyətinin üzvlərini və İzmirin Qarabağlar bələdiyyəsinin sədri Xəlil Kınayı ziyarət edib.
BUTA.TV xəbər verir ki, yeni seçilən bələdiyyə sədri əvvəllər olduğu kimi bundan sonra da Qarabağlar bələdiyyəsinin bu dərnəklərlə sıx işləyəcəyini, bələdiyə olaraq bütün tədbirlərdə iştirak edəcəklərini bildirib.
Xəlil Kınay xanım da Qarabağda olduğunu, Laçında bir sıra araşdırmalar apardığını deyib.
Qeyd edək ki, Qarabağlar Türkiyənin ən böyük bələdiyyələrindəndir. Bu bələdiyə ərazisində Türkiyənin ən böyük parkı salınıb və Xocalı abidəsi yüksəldilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı