Tehran Prokurorluğu iki jurnalistə qarşı SEPAH üzvləri tərəfindən öldürülən etirazçı yeniyetmə Nika Şakərəmi barədə məlumat dərc etdiklərinə görə cinayət ittihamı elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, “Meydani azadi” dərgisinin baş redaktoru Hadi Kəsayizadə və jurnalist Əsəl Dadaşlı “kiberməkanda yalan məlumat yaymaq”da günahlandırılıblar.
Qeyd edək ki, Nika Şakərəmi 20 sentyabr 2022-ci il gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb. Sentyabrın 30-da isə valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər. SEPAH zabitlərinin gizli iclasının yayılan səs yazısında Nika Şakərəminin məmurlar tərəfindən cinsi zorakılığa məruz qaldıqdan sonra işgəncə altında öldürüldüyü bildirilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı