Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır.
BUTA.TV xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin iclasında deyib.
Onun sözlərinə görə, onların hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəbəli adlar yazılır:
“Qiyməti də təxminən 3-6 manatdır. Hamı da görür ki, bu, saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir.
Bir neçə yaxın dostum İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib. Ümumiyyətlə, saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur. Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtilə ölkəmizin “Ağdam” şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanatoriyalar özünü saxlayır. İdxal yoxdursa, deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək