Çadda prezident seçkilərində başa çatan səsvermə zamanı bir sıra insidentlər baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Alwihda” portalı məlumat yayıb.
Məlumata görə, Çadın ikinci böyük şəhəri Moundouda bir neçə nəfər seçki məntəqələrindən birində səs verməyə cəhd edib. Gələnlərin seçici vəsiqələri olmadığı üçün seçki komissiyasının üzvləri onlara icazə verməyiblər. Gələnlərdən biri səsvermə qutusunun yanındakı insanlara odlu silahla atəş açıb. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Həmçinin Abeçedə seçki məntəqəsinin mühafizəçisi xəncərlə öldürülüb.
Qeyd edək ki, bu seçkilər Çad üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkədə 60 ildən artıq müstəqil tarixində hakimiyyət seçki məntəqələrində səsvermə yolu ilə deyil, bir qayda olaraq, hərbi çevrilişlər nəticəsində dəyişib.
Seçkilərin ilkin nəticələri mayın 21-də, yekun nəticələri isə iyunun 5-də açıqlanacaq. Namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplamasa, ikinci turun keçirilməsi planlaşdırılır.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür