Bakının Xətai rayonu Gəncə prospektində yerləşən “Şəms” şadlıq evinin söküntüsünə hazırlıq gedir.
Sakinlərin BUTA.TV-a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Şadlıq evinin söküləcəyi bildirilir.
Qeyd edək ki, “Şəms” şadlıq evinin bir müddət öncə 2 milyon manata satıldığı haqda məlumat yayılmışdı. Satılmazdan öncə “Mərasim evi”nə çevrilən keçmiş şadlıq evi fəaliyyətini dayandırmış və müəyyən daxili söküntü işləri aparılmışdı. “Mərasim evi” isə yaxınlıqdakı binanın zirzəmisində fəaliyyətini davam etdirirdi.
“Şəms” şadlıq-mərasim evinin sökülərək yerində yaşayış binası tikiləcəyi ehtimal edilir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu verilib.
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik
- Azərbaycanda bu universitetlər birləşdirilir?
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır