Bakıda ağır yol qəzası baş verib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayının qarşısında toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.
Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik
- Azərbaycanda bu universitetlər birləşdirilir?
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq