Mənim yenidən namizəd olmaq səlahiyyətim yoxdur, çünki partiyanın nizamnaməsinə uyğun olaraq bir sədr üçüncü dəfə namizədliyini irəli sürə bilməz.
Bu sözləri BUTA.TV-a Müsavat Partiyasının qurultayında sədrliyə namizədliklə bağlı gedən müzakirələr haqda danışan hazırki başqan Arif Hacılı deyib.
“Əvvəlcə onu deyim ki, qurultayın nümayəndələri artıq seçilib. Məclis üzvlüyünə, başqanlığa, Mərkəzi Nəzarət Təftiş Komissiyasına namizədlərin irəli sürülməsi prosesi başlayıb. Hələlik 80 nəfər məclis üzvlüyünə, 6 nəfər MNTK üzvlüyünə, iki nəfər - Natiq Qulubəy və Osman Kazımov isə Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürüblər. Mənim yenidən namizəd olmaq səlahiyyətim isə yoxdur, çünki partiyanın nizamnaməsinə uyğun olaraq bir sədr iki dəfə seçildikdən sonra üçüncü dəfə namizədliyini irəli sürə bilməz. İsa Qəmbər və başqalarının namizədlik verməyə isə səlahiyyəti var və bu səlahiyyətdən istifadə etmək üçün 30 aprel tarixinə qədər vaxt hesablanıb. Proses yekunlaşdıqdan sonra isə məsələlərə münasibət bildirmək daha asan olacaq”, - deyə A.Hacılı bildirib.
Sədrliyə namizəd olub-olmamağı ilə bağlı sorğumuza İsa Qəmbər bu cür açıqlama verib:
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
“Sağlıq olsun, amma bu barədə hələki qəti qərar qəbul etməmişəm”.
Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. 2014 və 2019-cu illərdə keçirilən qurultaylarda sədr seçilən Arif Hacılı namizəd olmayacaq.
Partiya üzvləri artıq İsa Qəmbərin namizədliyində israr edirlər.
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək