Martın 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumunun enerji keçidi araşdırmaları və regional sürətləndirmə üzrə rəhbəri Espen Mehlum və neft-qaz sənayesi üzrə rəhbəri Renee Van Heusden ilə görüşüb.
Şirkətdən BUTA.TV-a bildirilib ki, görüş çərçivəsində SOCAR-ın neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə məlumat verilib. Enerji keçidinin şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit edildiyi diqqətə çatdırılıb, bu sahədə SOCAR ilə beynəlxalq tərəfdaş şirkətlər arasında imzalanan sənədlərin, atılan birgə addımların önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-un iqlim dəyişmələri ilə bağlı atılan addımlara mühüm töhfə verəcəyi əminliklə vurğulanıb.
Tərəflər SOCAR ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, dekarbonizasiya, “Xalis sıfır”, metan emissiyalarının azaldılması, rəqəmsallaşma, həmçinin dayanıqlı apstrim layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
- Bayırşəhərdə 106 abidə qorunacaq - Fariz Hüseynli