Martın 14-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XI Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub.
BUTA.TV xəbər verir ki, tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Serageldin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, XI Qlobal Bakı Forumunun iştirakçısı olan nüfuzlu şəxslər qatılıblar.
Avropa Mərkəzi Bankının sabiq prezidenti Yan-Klod Trişe və Münhen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, tədbirin təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlərin müzakirə olunduğu və onların həlli yolları ilə bağlı fikir mübadilələrinin aparıldığını bildiriblər.
Onlar “Maliyyə böhranından necə çıxmalı” mövzusuna toxunub, mülahizələrini səsləndirib, sabitliyin qorunması üçün maliyyə böhranının aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Sonra “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın 2024-cü il üzrə qaliblərinin adı açıqlanıb.
Beynəlxalq mükafata Albaniya Prezidenti Bayram Beqay, Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münhen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger layiq görülüblər.
Mükafatçılar təltif olunmalarından fəxr və qürur hissi keçirdiklərini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gördüyü nəcib işlərdə ona hər zaman dəstək göstərəcəklərini vurğulayıblar.
Qeyd edək ki, “Nizami Gəncəvi Beynəlxalq mükafatı” 2012-ci ildə təsis edilib. Mükafat böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri özündə cəmləşdirən çox görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunur.
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi
- AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
- Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı - Video
- Bakıda müalicə müəssisəsindən xəstələr qaçıb?
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü