Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları səhər saat 7-də evimizə soxularaq atam, Daşnaksütyun partiyasının üzvü Qaqik Sərkisyanı həbs etdi.
BUTA.TV xəbər verir ki, bunu erməni jurnalist Aram Sərkisyan Feysbuk səhifəsində yazıb.
“Zorla yerə uzandırdılar, hamı dəhşətə gəldi, məni döydülər, anamı qorxutdular, bir neçə saat evdə axtarış apardılar. İndi atamın harada və hansı vəziyyətdə olduğunu bilmirik. Səbəb barədə hələ heç nə deməyiblər. Əminəm ki, bu, onun müxalif siyasi baxışları və siyasi fəaliyyəti ilə bağlıdır. Bilmirəm nə etmişik ki, doğma ölkəmizin “demokratik” hakimiyyəti bizə ən təhlükəli cinayətkarlar kimi yanaşır”, - o bildirib.
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir
- Tofiq Əsgərova yüksək vəzifə verildi
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı