BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli deyib.
O, bildirib ki, Frensis martın 15-də Bakıda keçiriləcək 11-ci Qlobal forumda iştiraş edəcək:
"Prezident forumda çıxış edərək, dünyada davam edən geosiyasi gərginliyi aradan qaldırmaq və eləcə də beynəlxalq əməkdaşlığı bərpa etmək üçün həmrəylik, dialoq və diplomatiyanın zəruriliyini vurğulayacaq. BMT Baş Assambleyasınn prezidenti, o cümlədən noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransı üçün qarşıya qoyula biləcək məqsədlərə dair panel müzakirəsində iştirak edəcək".
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Sözçü əlavə edib ki, Baş Assambleyanın prezidenti Bakıda bir sıra hökümət və dövlət nümayəndələri ilə görüşlər keçirəcək.
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- "Azərsun Holdinq" cəmiyyətin təşviqinə dəstəyini davam etdirir
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı