Bakı və Abşeron yarımadasında fevral ayının 11-12-də gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Lakin 12-i gecə və 13-ü səhər saatlarında havanın zəif çiskinli olacağı ehtimal olunur. Bölgələrimizdə də yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntılar olacağı ehtimalı var. Havanın temperaturu Bakı və Abşeron yarımadasında 6-10, aran rayonlarında 8-13 dərəcə arası dəyişəcək. Dağlıq ərazilərimizdə havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. İlkin məlumatlar bu qədərdir”, - Məmmədova bildirib.
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN