Bu xəbər sırf erməni yalanıdır, dezinformasiyadır.
Bu sözləri BUTA.TV-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz Türkiyənin Ermənistanla sərhədə hərbi texnika toplaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə Ermənistanla sərhəddə hər hansı problem görmür və hazırda heç bir hərəkətlənmədən söhbət gedə bilməz:
“Türkiyə niyə sərhədə ağır texnika toplamalıdır? Ermənistan hara, Türkiyə hara? Türkiyənin 85 milyona yaxın əhalisi var, dünyanın 8-ci, NATO-nun isə ikinci güclü ordusuna malik bir ölkə Ermənistanla eyni ola bilərmi? Ermənistanla sərhəddə heç bir təhlükə və hərəkətlənmə yoxdur. Olsa da bu, Türkiyə Silahlı Qüvvələrinin zaman-zaman müxtəlif təlimlər keçməsi və bu məqsədlə həyata keçirilən bir hərəkətlər ola bilər. Əks halda, heç bir təhlükə və başqa heç nə olmadığı halda Ermənistan sərhədində hər hansı hərəkətləndən söhbət gedə bilməz və bu dezinformasiyadır. Təhlükə hiss etsə də, Türkiyə hazırda sahib olduğu hava vasitələri, digər qabaqcıl müasir müdafiə sənayesi texnikaları və güclü ordusu ilə ehtiyat tədbirləri ala bilər”.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Onun sözlərinə görə, bu dezinformasiyalar Qafqazı qarışdırmaq məqsədi ilə ortaya atılıb:
“Bu, Azərbaycan və Türkiyənin birlikdə Ermənistanı çətin vəziyyətə saldığı, guya Ermənistana qarşı riskin olduğu təəssüratı yaratmaqla Qərbdən kömək istəyənlərin oyun və yalançı qışqırıqlarından başqa bir şey deyil. Qafqazı qızışdırmaq məqsədi ilə ortaya atılıb”.
Qeyd edək ki, Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan Türkiyənin artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirdiyi haqda iddia yayıb.
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN