Hakan Fidan Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Entoni Blinken, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Hayns ilə müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Türkiyə-ABŞ münasibətlərini dəyərləndirərkən maraqlı cümlə işlədib: “İki ölkə arasında dialoqu davam etdirərkən yenilənmiş psixologiya, daha müsbət gündəm və yeni səhifə açaraq yolumuza davam etmək imkanımız var. Böhranları idarə etmək üçün hər iki ölkənin yaddaşı və refleksləri mövcuddur”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Hakan Fidan bununla demək istəyib ki, iki ölkə arasındakı münasibətlərdə həllini gözləyən problemli mövzular (ABŞ-ın Suriya ərazisində PKK-nın törəmə təşkilatlarına dəstəyi, Fətullah Gülənin Pensilvaniya ştatından “təşkilatını” idarə etməsi, razılaşmaların əksinə olaraq F-35 təyyarələrinin Türkiyəyə satışının qadağan edilməsi) olsa da, dialoqdan və tərəfdaşlıqdan qopmaq olmaz:
“Doğru strategiyadır. Elə buna görə də Fidan amerikalı həmkarı Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışaraq mövcud problemləri idarə etmək, eyni zamanda iki ölkənin ortaq potensial və imkanlarını reallaşdırmaq vacibliyini bildirib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Amerikanın dünya proseslərinə təsiri azalsa da, supergüc olaraq qalır. Bu dövlətlə müxtəlif mövzularda razılaşmamaq olar, ancaq Vaşinqtonla bütün körpüləri yandırmaq doğru deyil. Azərbaycanın da ABŞ-ın siyasətindən haqlı narazılıqları var. Buna baxmayaraq, Bakı ilə Vaşinqton arasında dialoq davam edir, enerji və təhlükəsizlik sahəsində ortaq maraqlar var”.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt