Türkiyə F-35 qırıcıları ilə bağlı proqramın bir parçası olsa da, bir müddət sonra bu layihədən haqsız şəkildə kənarlaşdırıldı. Bəhanə olaraq Rusiyadan alınan S-400 sistemlərini səbəb gətirdilər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.
“Biz yenə F-35 məsələsi ilə bağlı mövqeyimizi qoruyuruq. Yəni, Türkiyə bu layihəyə ödəniş edib, alınası təyyarələr var. Təbii ki, Ankara bu məsələləri geniş, açıq şəkildə danışmağa və müzakirə etməyə hər zaman hazırdır. İndiki mərhələdə biz inanırıq ki, faktiki olaraq bu məsələləri müxtəlif aspektlərdən müzakirə edə bilərik. Düşünürük ki, ABŞ da bu məsələdə açıq fikirli olmalıdır. Hazırda məsələ ilə bağlı müəyyən fikir mübadiləsi aparılır”, - XİN başçısı bildirib.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt