Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və AzQAC-ın rəhbər işçi heyəti Xankəndidə yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.
AzQAC-dan BUTA.TV-a bildirilib ki, ziyarət zamanı onlarla müvafiq söhbətlər aparılıb, həmçinin ərzaq və gigiyenik dəstlər təqdim olunub.
Daha sonra AzQAC-ın prezidenti Novruz Aslanov bu cür görüşlərin davamlı keçiriləcəyini, onların həmişə diqqət mərkəzində olduqlarını vurğulayıb.
Erməniəsilli sakinlər humanitar yardımla bağlı AzQAC-ın əməkdaşlarına təşəkkürlərini bildiriblər.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt