Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları üçün Hökumət Ödəniş Portalına alternativ olacaq ödəniş əməliyyatı tətbiq edib.
Komitədən BUTA.TV-a verilən məlumata görə, xarici ticarət iştirakçıları yanvardan fəaliyyətini dayandırmış Portal üzərindən həyata keçirdikləri ödəniş əməliyyatlarını “Elektron hesab səhifəsi”ndə və “Elektron gömrük ödənişləri xidməti”ndə yeni yaradılan “Avans ödənişləri” altbölməsi vasitəsi ilə reallaşdıra biləcəklər.
Tətbiq edilən yenilik bütün ödəniş əməliyyatlarının müxtəlif banklara müraciət etmədən vahid məkandan həyata keçirilməsinə, vaxt itkisinin qarşısının alınmasına şərait yaradacaq.
Xarici ticarət iştirakçıları “Avans ödənişləri” üzərindən şəxsi hesablarına vəsait əlavə etməklə bütün növ gömrük borclarını ödəyə biləcəklər.
- Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - Video
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı