44 günlük müharibədə Ermənistan ordusunun 18 əsgərinin ölümünə görə ittiham olunan polkovnik-leytenant Andranik Veranyanın işi yenidən məhkəməyə göndərilib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, polkovnikin işi artıq dördüncü dəfədir məhkəməyə göndərilir və istintaq 2 ildən çoxdur davam edir.
Erməni polkovnik ordunun 18 əsgərinə yanlış əmr verərək ölümlərinə səbəb olmaqda təqsirləndirilir.
İttihama görə, A.Veranyan Mehri istiqamətində xidmət edən 19 əsgəri 2020-ci il oktyabrın 9-da yuxarı komandanlıqdan aldığı əmrə əsasən Horadiz qəsəbəsinə köçürüb. O, Qubadlı rayonunun Xanlıq kəndinə gedərkən yolda əsgərlərin PUA səsi eşitdiyinə görə maşını saxlayıb yerə yatdıqlarını görüb. Daha sonra öz avtomobilindən enərək əsgərlərə maşına minməyi əmr edib. Polkovnikə PUA-nın Ermənistana məxsus olmadığı, təhlükə daşıdığı bildirilsə də, o, əmri təkrarlayıb. Nəticədə əsgərlər yenidən onları daşıyan “Ural” markalı avtomibilə minib cəbhə xəttinə doğru hərəkət etməyə başlayıblar. Lakin PUA “Ural”ı vurub və nəticədə maşında olan 18 hərbçi ölüb, biri yaralanıb.
Ölən əsgərlərin valideynləri də baş verənlərdə erməni polkovniki ittiham edirlər.
- Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - Video
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı