Avropa hər gün Putinə 800 milyon avro göndərir - Mironov

15:50 - 22 May 2022 - GÜNDƏM

 Avropa hər gün Putinə 800 milyon avro göndərir - Mironov

Sanksiyalara baxmayaraq, Rusiya Avropa ölkələri ilə neft və qaz ticarətini davam etdirir və məhz bu ticarət Rusiya Prezidenti Vladimir Putinə orduya pul ödəməyə imkan verir.

Buta.ws xəbər verir ki, bunu iqtisadçı Maksim Mironov deyib.

“Enerji ticarəti Putinə təkcə orduya deyil, həm də dövlət işçilərinə maaş ödəməyə imkan verir. Avropa ona gündə 700-800 milyon avro göndərməkdə davam edir və bu, büdcə balansını saxlamağa imkan verir, üstəlik idxala tələbat azalıb, ölkəyə dollar gəlir. Bu, Putinə qeyri-sabit büdcəni saxlamağa imkan verir”, - Mironov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol