Spiker 25 il sektor müdiri işləyən şəxsə vəzifə verdi

14:10 - 22 May 2022 - GÜNDƏM

 Spiker 25 il sektor müdiri işləyən şəxsə vəzifə verdi

Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb.

Milli Məclisdən Buta.ws-a verilən məlumata görə, sədrin sərəncamı ilə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, o, uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdir.

Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunublar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilib".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol