Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib.
Buta.ws xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Tvitter hesabında yazıb.
“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, - səfir bildirib.