ABŞ sülhün qurulmasına kömək edə bilər - Sekuta

13:24 - 22 May 2022 - GÜNDƏM

 ABŞ sülhün qurulmasına kömək edə bilər - Sekuta

Azərbaycan və ABŞ aralarında Avropa və digər ölkələr üçün də böyük fayda verən əlaqələr qurublar.

Axara.z xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Trend-ə açıqlamasında deyib.

"ABŞ Prezidenti Co Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə müraciətində də qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında uzun illər davam edən möhkəm tərəfdaşlıq kritik bir zamanda öz bəhrəsini verir. Bu illər ərzində birlikdə çalışaraq və enerji layihələrini həyata keçirməklə, baxmayaraq ki bəzi skeptiklər onların həyata keçirilməsinə şübhə ilə yanaşırdı, ölkələrimiz Avropa və digər ölkələr üçün böyük fayda verən, qlobal enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən əlaqələr qurublar", - R. Sekuta qeyd edib.

Onun sözlərinə görə, dünya enerjinin təhlükəsiz axını ilə bağlı təhdidləri yenidən dərk etdikcə, Azərbaycan bu məsələdə gələcək illərdə də mühüm rol oynaya bilər:

"Prezidentin məktubunda qeyd edildiyi kimi, enerji tərəfdaşlığımız gələcək əlaqələrimizi qura biləcəyimiz və davam etdirməli olduğumuz təməldir. Cənubi Qafqazda davamlı sülhün qurulmasının vaxtı çatıb. Prezident birmənalı deyir ki, Birləşmiş Ştatlar sülhün qurulmasına kömək edə bilər və bunu istəyir. Prezident Baydenin qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycan tərəfindən Qafqaz və Transxəzər regionunun çiçəklənməsinə səbəb olacaq iqtisadi, nəqliyyat və xalqlararası əlaqələrin qurulmasına kömək etməyə hazırdır. Bilirəm ki, azərbaycanlıların çoxu bunu çoxdan istəyirdi. Bu, çox vacibdir ki, həm Azərbaycan, həm də Ermənistan bu fürsətdən istifadə edərək ABŞ-la qarşılıqlı təmasda olsunlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol