Rusiyanın əsas vəzifəsi budur... - Arestoviç

10:22 - 22 May 2022 - GÜNDƏM

 Rusiyanın əsas vəzifəsi budur... - Arestoviç

Ukrayna və Qərb analitiklərinin hesablamalarına görə, ay yarım-iki aydan sonra Ukrayna ordusu döyüş qabiliyyətinin pik nöqtəsində olacaq.

Buta.ws xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasını maksimum dərəcədə gecikdirməkdir.

“Rusların əsas tezisi budur: müharibə dayandırılmalıdır və bunun üçün ən yaxşı yol Ukrayna ordusunun demilitarizasiyasıdır. Onların vəzifəsi silah təchizatını ləngitməkdir”, - Arestoviç bildirib.

Onun sözlərinə görə, Kremldə insanlara Mariupolun işğalı və Luqansk vilayətinin sərhədlərinə çıxışı Rusiyanın böyük qələbəsi kimi təqdim etmək istəyirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol