Diqqət: Bu qidalardan uzaq durun!

01:56 - 22 May 2022 - SAĞLAMLIQ

 Diqqət: Bu qidalardan uzaq durun!

Havanın isinməsi özü ilə birlikdə bir sıra xəstəlikləri də gətirir. Bu xəstəliklərdən qorunmaq üçün isə mütləq şəkildə qidalanma rejiminə diqqət etmək lazımdır.

Buta.ws Teleqraf.com-a istinadən xəbər verir ki, yay aylarında xüsusilə meyvə-tərəvəz istehlakına üstünlük vermək lazımdır. İsti hava səbəbilə bədən çox maye itirdiyi üçün gün ərzində 2-2,5 litr su içilməlidir.

Ət məhsulları, süd məhsulları, taxıl məhsulları, tərəvəz-meyvə çeşidlərindən balanslı şəkildə istifadə etməklə yay fəslində sağlam qidalana bilərsiniz.

Bir çoxları yayda yemək yeməməyə üstünlük versə də, uzun müddət ac qalmaq maddələr mübadiləsinin yavaş işləməsinə səbəb olur. Buna görə də 3-4 saat fasilə ilə gündə 3 dəfə qidalanmaq tövsiyə olunur.

Yay aylarında həddindən artıq yağlı, yüksək duzlu qızartma və qovurma kimi qidalardan qaçmaq lazımdır. Bu qidalar qaynadılmış, manqalda və ya sobada bişmiş qidalarla əvəzləmək daha faydalı olar.

Həddindən artıq şəkərli içkilər susuzluğu artırır. Mineral su, şəkərsiz kompot, limonad kimi təbii içkilərə üstünlük verə bilərsiniz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol