Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı hərbi bazası ilk dəfə PUA-ların hücumuna məruz qalıb.
Buta.ws xəbər verir ki, bu barədə “Şafak” xəbər agentliyi məlumat yayıb.
“Nineva əyalətindəki Zelikan bazasına partlayıcı dolu dronlarla hücum edilib. Bu, ilk belə hücumdur”, - məlumatda bildirilib.
Hücum nəticəsində hərbi bazada işləyən İraq vətəndaşı ölüb.
Bu günə qədər heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.