Rusiya Donetskə hücum etdi: ölənlər var

00:44 - 22 May 2022 - GÜNDƏM

 Rusiya Donetskə hücum etdi: ölənlər var

Rusiya hərbçiləri Donetsk vilayətinə hücum həyata keçirib.

Buta.ws xəbər verir ki, bunu Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Məlumata görə, Rusiya ordusu hazırda Slavyansk istiqamətində hücumu bərpa etməyə hazırlaşır və Liman bölgəsində əməliyyat keçirməyi planlaşdırır.

Son 24 saat ərzində Birləşmiş Qüvvələr Qrupunun hərbçiləri Donbasda 11 hücumu dəf ediblər. Nəticədə ukraynalı müdafiəçilər 8 tank və 3 artilleriya sistemi də daxil olmaqla 30 texnikanı məhv ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol