Burkina-Fasonun Kompienqa əyalətinin Madjoari rayonundakı hərbi bazaya hücum edilib.
Buta.ws xəbər verir ki, bu barədə Burkina-Faso ordusu məlumat yayıb.
Bildirilib ki, hücum Kompienqa əyalətinin Madjoari rayonundakı hərbi bazaya edilib. Qarşıdurmalar zamanı 11 əsgər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edək ki, hücumun edildiyi ölkədə Əl-Qaidə terror təşkilatı aktiv fəaliyyət göstərir.